"Zirə"nin sağ cinah yarımmüdafiəçisi Salif Suma Moskva "Spartak"ına keçməyəcək. "Euro-Football.Ru" internet nəşrinin yaydığı xəbər görə "Spartak" 21 yaşlı futbolçu ilə danışıqlar aparmayıb. Bildirilir ki, paytaxt klubu bu yay həmin mövqe üçün hər hansı transfer planlaşdırmır. Qeyd edək ki, Suma bu mövsüm "Zirə"də 37 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. Nüfuzlu Transfermarkt portalının ekspertləri vingerin qiymətini 850 min avro qiymətləndirir.
441 oxunub