Madrid "Real"ının braziliyali hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının diqqətindən hələ də yayınmayıb. Jurnalist Ekrem Konusun yaydığı məlumata görə, Əl-hilal" Vinisius üçün təxminən 100 milyon avro xərcləməyə hazırdır.
Məlumat üçün bildirək ki, Vinisiusun Madrid klubu ilə müqaviləsi 2027-ci ildə başa çatır. Transfermarkt 25 yaşli vingerin dəyərini 170 milyon avro (dünyada beşinci ən yüksək) ilə qiymətləndirir.
258 oxunub