XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Olimpiya festivalında iştirak edəcək gimntastlarımız Xorvatiyaya gedib
İdman 01:23 / 19.07.2025

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan gimnastları yarışların keçiriləcəyi digər ölkəyə - Xorvatiyanın  Osiek şəhərinə gediblər. 

Olimpiyadunyasi.com xəbər verir ki, EYOF-un proqramında yer alan idman gimnastikası yarışlarında ölkəmizi bir oğlan və üç qız idmançımız təmsil edəcək. 
Qeyd edək ki, EYOF-2025 çərçivəsində Azərbaycan ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq. Bu dəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə Şimali Makedoniya (Skopye və Kumanovo) və Xorvatiyada (Osiek) keçiriləcək. Festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində təşkil olunacaq.
Xatırladaq ki, ötən gün digər idmançılarımız festivalda iştirak etmək üçün Şimali Makedoniyanın Skopye şəhərinə yola düşmüşdü.


451 oxunub

InvestAZ