XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarının yarış proqramı açıqlanıb
İdman 16:04 / 15.07.2025

2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının yarış proqramı açıqlanıb.

Oyunların rəsmi saytına istinadən xəbər verir ki, idman tədbirləri iyulun 12-də start götürəcək.

İlk günlərdə futbol da daxil olmaqla, bir sıra idman növlərində təsnifat mərhələləri keçiriləcək.

Rəsmi açılış mərasimi isə iyulun 14-də təşkil olunacaq. Bir gün sonra ilk medal dəstləri uğrunda mübarizəyə start veriləcək. Bu tarixdə triatlon, qılıncoynatma, cüdo, yüngül atletika, reqbi, atıcılıq və avarçəkmə kimi idman növlərində qaliblər müəyyənləşəcək.

Boks yarışları iyulun 15-dən 23-dək "Peacock Theater” arenasında, final döyüşləri isə iyulun 27-dən 30-dək "DTLA Arena”da reallaşacaq.

Cüdo yarışları isə iyulun 15-dən 22-dək "LA Convention Center Hall 2” arenasında gerçəkləşəcək.

Olimpiadanın son günü — iyulun 30-da yüngül atletika, boks, basketbol, trek velosipedi, üzgüçülük, güləş və voleybol üzrə final qarşılaşmaları keçiriləcək. Həmin gün, həmçinin Oyunların bağlanış mərasimi də baş tutacaq.

Xatırladaq ki, Los-Anceles şəhəri tarixdə üçüncü dəfə (1932, 1984 və 2028) Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək.


11532 oxunub

InvestAZ