XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Çempionlar Liqası: Türkiyə klubları qrup mərhələsindən kənarda qaldılar
İdman 10:56 / 25.08.2022
27 il sonra UEFA Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin heç bir klubu mübarizə aparmayacaq. 2022/2023-cü il mövsümündə əvvəlcə "Fənərbağça” ikinci təsnifat mərhələsində Kiyev "Dinamo”suna uduzaraq (0:0, 1:2) mübarizəni dayandırıb. "Trabzonspor” isə pley-offda 2 oyunun cəmində Danimarkanın "Kopenhagen” komandasına məğlub olub (1:2, 0:0).

Sonuncu dəfə Çempionlar Liqasının 1995/1996-cı il mövsümündə Türkiyə təmsilçisi qrup mərhələsində yer almayıb. Həmin vaxt "Beşiktaş” pley-offda "Rusenburq”a (Norveç) məğlub olaraq (0:3, 3:1) mübarizəni dayandırmışdı.

Ümumilikdə 3 dəfə yaşanan bu hal ilk dəfə 1992/1993-cü il mövsümündə baş verib.

Qeyd edək ki, "Trabzonspor” yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. "Fənərbağça” isə turnirin pley-offunda bu gün "Austriya” (Avstriya) ilə cavab oyununa çıxacaq. Bu komandalar arasında ilk oyun Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Türkiyənin digər təmsilçisi "Sivasspor” isə İsveçin "Malmö” klubunu qəbul edəcək (ilk matç - 1:3).

25093 oxunub

InvestAZ