XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
20 İyun 2022
16 İyun 2022
15 İyun 2022
14 İyun 2022
11 İyun 2022



Qrossmeysterimiz turnirlə vidalaşdı
İdman 11:47 / 24.05.2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirib.

Qrossmeysterimiz "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gəlib. İlk 2 partiyada məğlub olan Məmmədyarov 3-cü dueldən qalib ayrılıb. 4-cü qarşılaşmada isə heç-heçə qeydə alındığından, Azərbaycan təmsilçisi yekunda 1,5:2,5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Digər 1/4 final cütlərində niderlandlı Aniş Qiri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşır. Həmin cütlərdə hələlik qalib müəyyənləşməyib.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.


2163 oxunub

InvestAZ