XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçiriləcək
İdman 15:25 / 19.04.2019


Aprelin 20-21-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçiriləcək. Bu dəfə arena öz qapılarını 20 ölkənin 130-a yaxın gənc bədii gimnastlarının üzünə açacaq.
Dünya Kubokundan (26-28 aprel) bir neçə gün öncə keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa çempionatının bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.
May ayında paytaxtımızda keçiriləcək Avropa çempionatından (16-19 may) qabaq iştirakçılar üçün sınaq mərhələsi olacaq bu turnirdə gimnastlar öz güclərini bir daha yoxlayacaqlar.


24457 oxunub

InvestAZ