XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa Liqası: bu gün 4 komanda Bakıya gəlmək şansını itirəcək
İdman 17:33 / 18.04.2019


Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
Bununla da 4 qarşılaşma ilə turnirdə yarımfinalçıların adları müəyyənləşəcək.
"Napoli" ilk görüşdə 2 cavabsız top buraxdığı "Arsenal"ı qəbul edəcək. "Vilyareal" evdə uduzduğu "Valensiya"nın qonağı olacaq. "Ayntraxt" Almaniyada "Benfika" ilə qarşılaşacaq. Komandalar arasında Portuqlaiyada keçirilən görüşdə Lissabon təmsilçisi üstün olub - 4:2.
"Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gələcək. "Zadəganlar" Çexiyadakı görüşdə minimal hesabla qalib gəlib.


Qarşılaşmaların təqvimi:

23:00."Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)
İlk oyun - 0:2

23:00."Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya)
İlk oyun - 3:1

23:00."Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya)
İlk oyun - 2:4

23:00."Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya)
İlk oyun - 1:0

23792 oxunub

InvestAZ