XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Azərbaycan çempionatı: 1/8 final mərhələsinə yekun vuruldu
İdman 22:22 / 12.01.2022
Boks Mərkəzində kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. Bu gün keçirilən ikinci günün döyüşlərindən sonra 1/8 final mərhələsinə yekun vurulub. 29 komandanın təmsil olunduğu yarışda bu gün 18 qarşılaşma təşkil olunub. 60 kq, 71 kq, 75 kq və 86 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 80 kq çəki dərəcəsində 1/4 finala yüksələn boksçular müəyyənləşib.
Sabah – çempionatın III günündə isə 17 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 15:00-da başlanacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən yarışa yanvarın 15-də yekun vurulacaq.
Azərbaycan çempionatı
II günün nəticələri
60 kq
Tayfur Əliyev (Naxçıvan) – Əsədulla Camaləddinov ("Səbail” İK) – 5:0
Ramiz Məmmədov ("Neftçi” İK) – Ramazan Abdullayev (Balakən) – 0:5
Camal Səfərli (Masallı) – Cavad Aslanov (Şabran) – 0:5
Fərid Mahmudov ("Qəbələ” İK) – Fuad Tarverdi ("Qızıl Əlcək” İK) – ikinci nokautla qalib gəlib

71 kq
Kənan Şükürov (DGK İK) – Niyaməddin Allahverdiyev (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib
Xəzər Əliyev ("Qəbələ” İK) – Ruslan Məmmədov ("Kür” İK) – 5:0
Rəşad Həsənov (BFL) – Hüseyn Mustafazadə ("Naxçıvan” İK) – 5:0
Laçın Balakişiyev (DİN İK) – Nicat Həsənov (BFL) – 0:5

75 kq
Mirşərif Kazımzadə ("Zabit” İK) – Türkeş Mustafayev (BFL) – 5:0
Rəhim Əliyev ("Qızıl Əlcək” İK) – Elvin Məhərrəmov ("Məhsul” İC) – 5:0
Tural Hüseynov ("Səbail” İK) – İsmayıl Hüseynov (BFL) – 0:5

80 kq
Kamran Şahsuvarlı ("Qəbələ” İK) – Babək Xanlarov (DGK İK) – ikinci döyüşə gəlməyib
Elşad Şahbazov ("Sərhədçi” İK) – Cabbar İsmayılov (Sumqayıt) – 5:0
Elmar Abdullayev (Z-1 İK) – Elmir Süleymanov (BFL) – birinci döyüşə gəlməyib

86 kq
Eldar Quliyev ("Neftçi” İK) – İlyas Mehdiyev (Tərtər) – birinci tam üstünlüklə qalib gəlib
Elcan Alıkişiyev ("Sərhədçi” İK) – Rüfət Nəbiyev (Ağdaş) – 0:5
Heydər Məmmədov (Gəncə) – Absəddin Şəmsəddinov (Qəbələ) – ikinci döyüşə gəlməyib
Aqil Hüseynov (DGK İK) – Sürət Qarayev ("Səbail” İK) – ikinci tam üstünlüklə qalib gəlib


991 oxunub

InvestAZ