XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın velosipedçimiz Türkiyədə uğur qazandı
İdman 10:00 / 13.04.2019

Türkiyənin Giresun şəhərində keçirilmiş çempionatın ikinci mərhələsində yeniyetmə qızların 45 kilometr məsafəyə velosiped üzrə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın parlaq qələbəsi ilə başa çatıb.
İyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edib. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.
Qeyd edək ki, Türkiyə çempionatında Azərbaycanın yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaları da çıxış edir.


41564 oxunub

InvestAZ