XƏBƏR LENTİ
11 May 2024
10 May 2024
09 May 2024



Sərbəst güləş komandamız Avropa çempionatının bürünc medalını qazanıb
İdman 12:19 / 12.04.2019

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş komandamız 3-cü yeri tutub. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub. Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.

22784 oxunub

InvestAZ