XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Qadın güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayırlar
İdman 10:51 / 10.05.2024

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə qadın güləşçilərimiz mübarizəyə başlayacaqlar. 

Bu gün komandamızın 5 üzvü xalça üzərinə çıxacaq. Təmsilçilərimizdən Mariya Stadnik (50 kq) 1/8 finalda Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsindən yarışa başlayacaq Gültəkin Şirinova (53 kq) Laura Avila (Kuba), Alyona Kolesnik (57 kq) isə Ramona Qalambosla (Macarıstan) ilə mübarizə aparacaq.

Təsnifat mərhələsindən mübarizə aparacaq Ruzanna Məmmədovanın (62 kq) ilk rəqibi latviyalı Anastasiya Qriqoryeva olacaq. 68 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Elis Manolova isə təsnifat mərhələsində kolumbiyalı Nikol Parrado ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Xatırladaq ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024-də lisenziya qazanıb.


13546 oxunub

InvestAZ