XƏBƏR LENTİ
25 İyun 2024
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Koreyalı idmançı Bakıda yeni dünya rekorduna imza atdı - FOTO
İdman 12:45 / 10.05.2024

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir. 

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

Turnirin qızıl və gümüş medalları Koreyanı təmsil edən atletlərin aktivinə yazılıb. Yeji Kim birinci, Jiin Yang isə ikinci yerlə kifayətlənib. Almaniyanı təmsil edən Jozefin Eder bu Dünya Kubokunda ardıcıl ikinci dəfə bürünc medalın sevincini yaşayıb.

Yeri gəlmişkən, Yeji Kim 42 dəfə dəqiq atəş açmaqla bu növdə yeni dünya rekorduna imza atıb.

Finalın ən sürpriz məqamı Almaniyanı təmsil edən Doren Vennekampın yarışı növbəti dəfə medalsız başa vurması olub.

Dünya kubokunda 3, Avropa çempionatında 3, dünya çempionatında 2 dəfə qızıl medal qazanan almaniyalı atlet Bakıda üzləşdiyi uğursuzluqla bağlı açıqlama verib:

"Bakı Atıcılıq Mərkəzində atəş açmaq mənə həmişə zövq verib. Burada yarışmaq mənim üçün xoş olduğuna görə həmişə xoşbəxt görünmüşəm. Bakıda gözəl xatırələrim var, medallar qazanmışam, dünya çempionu adına layiq görülmüşəm. Son vaxtlar çox yarışlarda iştirak etmişik. Buna görə də bir az yorğunluq ola bilər. İşlər gözlədiyim kimi getmədi. Final mərhələsində daha diqqətli olmaq lazımdır.

Texnikada müəyyən dəyişikliklər etmişdik. Amma əvvəlki kimi çox effektli olmadı. Ona görə də nəticəyə təsir etdi.

Finalda həmyerlim Jozefin Ederi görmək məni sevindirir. Biz ikimiz də həmişə finallar üçün hazırlaşan idmançılarıq. Çox sevinirəm ki, onda bu gün yaxşı alındı. Əsas mərhələdə qətiyyət nümayiş etdirdi. Özüm dördüncü olsam da, ümumilikdəAlmaniya komandası üçün gözəl mənzərədir”.


3173 oxunub

InvestAZ