XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Daha bir Olimpiya mükafatçımız Paris-2024-ə lisenziya əldə etdi
İdman 21:22 / 09.05.2024

Yunan-Roma güləşçimiz Sabah Şəriəti Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində uğurla çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

130 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı təsnifat mərhələsində yunanıstanlı Nikolaos Ntunyası (8:3), 1/8 finalda isə qırğızıstanlı Roman Kimitam üstünlüklə (10:0) məğlub edib. Güləşçimiz 1/4 finalda litvalı Mantas Knistautasa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. İdmançımızın bu mərhələdə Pavel Qlinçuku (AİN) sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək Paris-2024-ə lisenziya qazanıb.

Bu, güləş millimizin Paris Olimpiadasına 11-ci, yunan-Roma güləşçilərimizin isə 5-ci lisenziyasıdır.

Beləliklə, Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlarına əldə etdiyi lisenziyaların sayı 21-ə çatıb.

Xatırladaq ki, daha əvvəl digər yunan-Roma güləşçilərimiz Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) da yarışda uğurla çıxış edərək Paris-2024-ə lisenziya qazanmışdı.



12861 oxunub

InvestAZ