XƏBƏR LENTİ
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Fərid Qayıbov Parisdə idman nazirlərinin beynəlxalq forumunda iştirak edib
İdman 10:55 / 25.07.2024

İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Yay Olimpya Oyunları ərəfəsində təşkil olunan forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Gənclər və idman naziri Fərid Qayıbov panel iclaslarında müzakirələrdə iştirak edib, Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə məlumat verib.

F.Qayıbov forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla, Çilinin idman naziri Xayme Pizarro Herrera, Anqolanın gənclər və idman naziri Ruy Falkao, Madaqaskarın nəqliyyat və meteorologiya naziri Manambahoaka Valeri Fitzgerald Ramonjavelo, Tanzaniyanın Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri Damas Daniel Ndumbaro, Cənubi Afrikanın idman, incəsənət və mədəniyyət naziri Zizi Kodva, Samoanın idman və istirahət naziri Laumatiamanu Rinqo Mathev Purcell və Kosta-Rikanın idman naziri Hernan Solano ilə ikitərəfli görüşlər keçirib.

UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.


16245 oxunub

InvestAZ