XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Üçqat Olimpiya çempionu Paris-2024-də iştirakdan imtina edib
İdman 15:07 / 24.07.2024
Britaniyanın atçılıq üzrə ən çox medal qazanan Olimpiya çempionu Düjardin Şarlotta Paris Olimpiadasında iştirakdan imtina edib.Səbəb kimi Düjardin Britaniya Atçılıq Federasiyası tərəfindən araşdırılan video göstərilir. Belə ki, 4 il əvvəl lentə alınan videoda idmançı dəfələrlə atın ayaqlarını qamçılayıb.
"Baş verənlər tamamilə qəbul edilməzdir. Lakin mən atlarımla məşqlərdə belə xarakter göstərmirəm. Doğrusu çox utanıram. Gərək yaxşı nümunə göstərərdim, - deyə Düjardin deyib.
Məlumat üçün qeyd edək ki, Düjardin üçqat Olimpiya çempionudur. O, 2012-ci ildə komanda və fərdi yarışda, 2016-cı ildə isə Rio-de-Janeyroda fərdi çıxışda birinci olub. Braziliyada keçirilən Oyunlarda gümüş, Tokio Olimpiadasında isə iki bürünc medala sahib çıxıb.

23030 oxunub

InvestAZ