XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Klublarımız Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayır
İdman 11:37 / 25.07.2024

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycanın  təmsilçiləri "Sumqayıt”, "Zirə” və "Sabah” klubları da turnirdə ilk oyunlarına çıxacaq. "Sumqayıt" klubu doğma meydanda Macarıstanın "Fehervar” komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Turnirdə mübarizə aparan digər təmsilçimiz "Zirə” isə "Dalğa Arena”da Slovakiyanın "DAK 1904” klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

"Sabah” komandası isə səfərdə İsrail təmsilçisi "Makkabi Hayfa" komandası ilə qarşılaşacaq. Macarıstanın "Varkert” stadionunda təşkil olunacaq oyun saat 21:15-də başlayacaq. 


11338 oxunub

InvestAZ