XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Batut gimnastikası üzrə dünya çempionatı davam edir
İdman 12:03 / 19.11.2021
Paytaxtımızda batut gimnastikası üzrə dünya çempionatı davam edir. Çempionatın ikinci günündə kişilər və qadınlar arasında ikili mini-batut, tamblinq və batut gimnastikası üzrə komanda yarışlarının finalı təşkil olunacaq. Həmçinin sinxron tullanışlar üzrə təsnifat yarışları keçiriləcək.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast qüvvəsini sınayır. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.


15925 oxunub

InvestAZ