XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Balotelli həmkarının burnunu qırıb
İdman 16:27 / 10.04.2019


"Marsel"in futbolçusu Mario Balotelli 8 oyunluq cəzalandırıla bilər. Buna səbəb italyalı hücumçunun Fransa Liqasının 31-ci turunda "Bordo" ilə görüşdə etdiyi kobudluqdur. O, epizodların birində rəqib futbolçusu Pablo Nasimentoya dirsək zərbəsi vurub. Nəticədə braziliyalı futbolçunun burnu qırılıb.Hakim baş verənləri görmədiyindən Balotelli cəzasız qalıb.Lakin daha sonra epizodun şəkilləri yayılıb və İntizam Komitəsi araşdırmaya başlayıb. Balotellinin 5-8 oyun cəzalandırılacağı gözlənilir.Qeyd edək ki, Balotelli bu mövsüm 21 oyuna 7 qol vurub.


20058 oxunub

InvestAZ