XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın şahmatçılarımız Avropa çempionatında yarışacaqlar
İdman 12:23 / 10.04.2019


Azərbaycanın 10 qadın şahmatçısı bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək.
20-ci dəfə təşkil olunacaq yarışda ölkəni Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Fidan Ağasiyeva və Nərmin Söyünlü təmsil edəcək.
İsveçrə sistemi ilə keçiriləcək fərdi mübarizə 11 turdan ibarət olacaq. Aprelin 23-dək davam edəcək Avropa çempionatının mükafat fondu 60 min avrodur. Qalib 10 min avro qazanacaq. Yarışda ilk 14 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, Avropa çempionatı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Hələlik yarışın püşkü atılmayıb.

22758 oxunub

InvestAZ