XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ağcabədi seçməsindən uğurlu çıxış
İdman 17:49 / 09.04.2019

Ağcabədi rayonunun taekvondoçuları Göygöl Olimpiya İdman Kompleksində keçirilən açıq birincilikdə uğurla çıxış ediblər.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının, Göygöl rayon gənclər və idman idarəsinin dəstəyi ilə təşkil olunan yarışda ölkəmizlə yanaşı, İrandan və Gürcüstandan ümumilikdə 35 komandanın heyətində 570 idmançı mübarizə aparıb. Yarışda 2008-2009-cu, 2010-2011-ci il təvəllüdlü uşaqlar, 2005-2007-ci il təvəllüdlü yeniyetmələr və 2002-2004-cü il təvəllüdlü gənc oğlan və qız idmançılar güclərini sınayıblar.
Yarışa 33 idmançı ilə qoşulan Ağcabədi seçməsi 6-sı qızıl olmaqla 20 medal qazanaraq komanda hesabında ikinci yeri tutub. Qızıl medalları komandaya 2010-cu il təvəllüdlü idmançıların yarışında iki fərqli çəki dərəcəsində (30 və 33 kq) çıxış edən Çingiz Həsənov, Novruz Əliyev (27 kq), eləcə də Vasif Səlimov (2008, 30 kq), Kənan Əliyev (2008, 27 kq), Səfər Behbudzadə (2009, 24 kq) və Novruz Əliyev (2010, 27 kq) qazandırıblar. Məhz iki çəki dərəcəsində birinci yeri tutan doqquz yaşlı Çingiz Həsənovun qələbəsi Ağcabədi idmançılarının medal sayına görə komanda hesabında ikinci yerəlayiqgörülməsində mühüm rol oynayıb.
Komandanı yarışa 2-ci Dan qara kəmər ustası, məşqçi Zöhrab İsmayılov hazırlayıb.

30515 oxunub

InvestAZ