XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qrossmeysterimizdən növbəti məğlubiyyət
İdman 12:08 / 06.04.2019
 
Aprelin 6-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində altıncı turun oyunları keçirilib.
Növbəti oyunlarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalova məğlub olub, Teymur Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla heç-heçə edib.
Turnirin digər partiyalarında rusiyalı Sergey Karyakin hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananda qalib gəlib, hollandiyalı Aniş Qiri çexiyalı David Navara ilə, çinli Dinq Liren norveçli dünya çempionu Maqnus Karlsenlə sülh bağlayıblar.
Qeyd edək ki, altı turun nəticəsinə görə Maqnus Karlsen və Sergey Karyakin 4 xalla ilk iki pillədə qərarlaşıblar. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3 xal toplayıblar. Aniş Giri və Şəhriyar Məmmədyarovun 2 xalı var.
Turnirə aprelin 9-da yekun vurulacaq.

20961 oxunub

InvestAZ