XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İtaliyalılar rasizmə hələ də «hə» deyirlər
İdman 11:56 / 04.04.2019


İtaliya A seriyasında növbəti irqçilik qalmaqalı baş verib.
"Yuventus”un hücumçusu Moyze Kin A Seriyasının 30-cu turunun "Kalyari” ilə səfər oyununda (2:0) yerli azarkeşlərin irqçi şüarları ilə üzləşib. Buna qaradərili futbolçunun 85-ci dəqiqədə vurduğu qolu sardiniyalı fanatların əyləşdiyi sektorun qarşısında qeyd etməsi səbəb olub. 19 yaşlı futbolçunun hərəkətini narazılıqla qarşılayan tərəfdarlar onu fitə basıb, təhqir etməyə başlayıblar. "Yuventus”un müdafiəçisi Leonardo Bonuççi vəziyyətə müdaxilə edib, ortalığı sakitləşdirməyə çalışsa da, azarkeşlər irqçi şüarlar səsləndirməkdə davam ediblər. Ardınca Turin klubunun digər qaradərili futbolçusu Blez Matiudi emosional şəkildə yerli publikaya cavab verib. Daha sonra görüşün baş hakimi Pyero Cakomelli stadionun diktorundan azarkeşlərə xəbərdarlıq etməsini istəyib. Ancaq bu da onları sakitləşdirməyib.
Qeyd edək ki, bu, İtaliyada ilk irqçilik qalmaqalı deyil. Bir müddət öncə "Napoli”nin müdafiəçisi Xalidu Kolibali də azarkeşlərin irqçi təhqirləri ilə üzləşmişdi.

20107 oxunub

InvestAZ