XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bu gün daha 4 idmançımız Tokio-2020-də mübarizəyə başlayır
İdman 06:11 / 25.07.2021
Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.

İdmnaçılarımızdan əvvəlcə stend atıcımız Emin Cəfərov qüvvəsini sınayacaq. Daha sonra idman gimnastikasında Marina Nekrasova mübarizəyə başlayacaq.

Yarışın üçüncü günündə Azərbaycanın bir boksçusu rinqə çıxacaq. 63 kq çəki dərəcəsində yer alan Cavid Çələbiyev ilk görüşünü keçirəcək.

Cüdoçulardan isə Orxan Səfərov (66 kq) Tokio olimpiadasında debüt edəcək. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayacaq.

Tokio-2020

25 iyul

Stend atıcılığı

05:00. Təsnifat. Emin Cəfərov

İdman gimnastikası

05:00. Təsnifat. Marina Nekrasova

Boks

63 kq

08:24. 1/16 final. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

Cüdo

66 kq

06:00. 1/6 final. Orxan Səfərov - Yerlan Serikjanov (Qazaxıstan)

Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 10 idmançıdan 8-i olimpiada ilə​ vidalaşıb.



17171 oxunub

InvestAZ