XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Norveçli qrossmeyster liderliyi ələ keçirdi
İdman 10:19 / 02.04.2019


Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2019” superturnirində ikinci turun partiyaları oynanılıb. Ikinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Partiyada qalib müəyyənləşməyib. Turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen Hindistan təmsilçisi Vişvanatan Ananda, çinli Dinq Liren Rusiya şahmatçısı Aleksandr Qrişuka, digər rusiyalı Sergey Karyakin isə hollandiyalı Aniş Qiriyə qalib gəlib. Bolqarıstanlı Veselin Topalov və çexiyalı David Navaranın partiyası sülhlə bitib. İki turdan sonra M.Karlsen, S.Karyakin və D.Liren 1,5 xalla 1-3-cü pilləni bölüşürlər. Ş.Məmmədyarov, T.Rəcəbov, D.Navara, V.Topalov 1 xalla 4-7-ci, V.Anand, A.Qrişuk və A.Giri isə 0,5 xalla 8-10-cu pillədə qərarlaşıblar.
İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət "Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

23694 oxunub

InvestAZ