XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qrossmeysterimiz bu gün blits turnirində mübarizəyə başlayır
İdman 13:06 / 21.06.2021
Bu gün Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu "Grand Chess Tour” yarışının ikinci mərhələsinin blits turniri start götürür.
Şahmatçımız bu gün 9 turda mübarizə aparacaq. Belə ki, T.Rəcəbov Alireza Firuzca (FIDE), Uesli So (ABŞ), Yan Nepomnyaşı (Rusiya), Fabiano Karuana (ABŞ), Riçard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Peter Svidler (Rusiya), Levon Aronyan (Ermənistan) və Vladimir Kramnik (Rusiya) ilə mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 18-20-də "Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışları keçirilib. Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.

19393 oxunub

InvestAZ