XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Təmsilçimiz Avropa çempionu oldu
İdman 12:08 / 31.03.2019
 
Azərbaycan parakarateçisi Sahib Əhədov İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatının qalibi olub.
Parakarate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda moldovalı və rusiyalı rəqiblərini qabaqlayaraq 39,94 xalla qrup lideri olub. Gürcüstanlı Zviadi Vasadze ilə həlledici görüşdə 43,58 xal toplayan idmançımız qızıl medal qazanıb.
Parakarateçilər arasında üç dərəcə üzrə keçirilən Avropa çempionatında 16 ölkədən 46 idmançı mübarizə aparır.

19705 oxunub

InvestAZ