XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Astaralı boksçuların uğuru
İdman 17:51 / 29.03.2019

Astaralı boksçular Lənkəranda keçirilən açıq rayon birinciliyində uğurla çıxış ediblər. 3 gün davam edən yarışda lənkəranlı idmançılarla bərabər, Bakı şəhərinin, Astara, Masallı, Cəlilabad və Neftçala rayonlarının boksçuları da qələbə uğrunda mübarizə aparıblar.
Açıq rayon birinciliyində Astara rayonunu şəhid Pəncəli Teymurov adına Siyəkü Boks Məktəbinin yetirmələri təmsil ediblər.
Yarışın yekun nəticələrinə əsasən astaralı idmançılardan Kənan Cəfərov 44, Orxan Cəlalov 50 kiloqram çəki dərəcələrində birinci, Elvin Fətəliyev 28, Coşqun Şabanov 46 kiloqram çəki dərəcələrində ikinci, Elsevər Qurbanlı 38, Ruham Əmirov isə 40 kiloqram çəki dərəcələrində üçüncü yerlərə sahib olublar.
Qaliblərə medallar və diplomlar təqdim olunub.
Astara Rayon Gənclər və İdman İdarəsində açıq rayon birinciliyində uğur qazanmış boksçular və onların məşqçisi ilə görüş keçirilib.
Görüşdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev gənc idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.


23653 oxunub

InvestAZ