XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Azərreyl”dən növbəti çempionluq
İdman 12:34 / 29.03.2019

"Azərreyl” voleybol klubu növbəti dəfə Azərbaycan çempionu olub.
Martın 28-də qadın voleybolçular arasında ölkə çempionatının növbəti turunun oyunları keçirilib.
İlk olaraq meydana "Azərreyl” və "Lokomotiv” komandaları çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Lokomotiv”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq hesabında 28 xal olan "Azərreyl” komandası yarışın sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib. "Lokomotiv”in isə hesabında 20 xal var.
Günün digər oyununda AVF komandası "Abşeron”a 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Abşeron” 7 xalla turnir cədvəlində üçüncü, AVF isə 5 xalla dördüncü pillədə yer alıb.


23713 oxunub

InvestAZ