XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Lənkəranda boks üzrə açıq rayon birinciliyi keçirilib
İdman 17:57 / 28.03.2019


Lənkəran şəhərindəki Cənub Regional Boks Mərkəzində Novruz bayramına həsr olunmuş boks üzrə açıq rayon birinciliyi başa çatıb.
3 gün davam edən yarışda Astara, Lənkəran, Masallı, Cəlilabad, Neftçala rayonlarını və Bakı şəhərini təmsil edən 2003-2008-ci il təvəllüdlü 140 idmançı qələbə uğrunda mübarizə aparıb.
Açıq rayon birinciliyinin yekun nəticələrinə əsasən "Lənkəran” komandası birinci, "Cəlilabad” komandası ikinci, "Masallı” komandası üçüncü yeri tutub.
Qaliblərə diplomlar, medallar və hədiyyələr təqdim edilib.


24431 oxunub

InvestAZ