XƏBƏR LENTİ
03 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



60 karateçi Dan aldı
İdman 18:00 / 07.02.2019


"Zirvə” beynəlxalq idman klubunun karate bölməsinin idmançılarına növbəti Dan sertifikatlarının təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib. "Zirvə” beynəlxalq idman klubunun karate bölməsinin baş məşqçisi Rüstəm Əkbərov imtahanları uğurla verən uşaq və yeniyetmə karateçiləri təltif etmək üçün təlim-məşq zalına gələn Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirova minnətdarlığını bildirib. Kiçik yaşlı idmançıların karate ilə məşğul olması üçün yaradılan şəraitə görə "Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərova, həmçinin baş məşqçi R.Əkbərova təşəkkür edən Y.Bəşirov klubun yetirmələri arasında böyük qələbələr qazanacaq idmançıların yetişəcəyinə inandığını bildirib. O, R.Əkbərovun yetirmələrinin "Olimpiya ümidləri” nominasıyasında qalib olmalarını yüksək dəyərləndirib. Bildirib ki, yeni yaranmasına baxmayaraq, klubun yetirmələri qısa vaxtda respublika və beynəlxalq yarışların qalib və mükafatçıları olublar. Federasiya prezidenti növbəti Avropa çempionatında mübarizə aparacaq yığma komandanın tərkibində klubun karateçilərinin yer almasını təqdirəlayiq hal kimi qiymətləndirib. Görüşün sonunda sınaqları müvəffəqiyyətlə başa vuran 60 uşaq və yeniyetmə karateçiyə müvafiq Dan sertifikatları verilib.

19475 oxunub

InvestAZ