XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edir
İdman 15:42 / 28.03.2019


Martın 27-də boks üzrə "Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışda 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər. Ümumilikdə 117 idmançının iştirak etdiyi beynəlxalq turnirin final görüşləri aprelin 1-də olacaq.
Azərbaycan yığması yarışa geniş heyətlə qatılıb. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçunu sınaqdan keçirəcək. Milli komandadan başqa, ölkəmizin 4 klubunun ("Sədərək” İK, DİN İC,"Qəbələ” İK, "Neftçi” İK) 6 üzvü də medallar uğrunda mübarizə aparacaq.


21206 oxunub

InvestAZ