XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ağırlıqqaldıranlarımız Batumidə yarışacaqlar
İdman 15:12 / 28.03.2019

Aprelin 5-dən 14-dək Batumidə ağırlıqqaldırma Avropa çempionatı keçiriləcək. Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionata 40-dan çox ölkədən, o cümlədən Azərbaycandan ağırlıqqaldıranlar güclərini sınayacaqlar. Çempionatda qadın ağırlıqqaldıranlarımızdan Mərziyyə Məhərrəmova (44 kq), Səbinə Əzimova (55 kq), Boyanka Minova-Kostova (59 kq), kişi idmançılarımızdan Məhəmməd Məmmədli (67 kq), Rüstəm Qasımov (67 kq), Paşa İbrahimli (71 kq), Kənan Xəlilov (71 kq), Kənan Əliquliyev (81 kq), Fəqan Əliyev (81 kq), Nailxan Nəbiyev (96 kq) və Kamran İsmayılov (96 kq) mübarizə aparacaqlar.
Yarışların idarə olunmasında ölkəmizi Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Vahid Nəzərov təmsil edəcək.

20172 oxunub

InvestAZ