XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Avro-2020”nin Könüllü Kuboku” turnirinin təqvimi müəyyənləşib
İdman 10:26 / 19.04.2021
AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan könüllü təşkilatları arasında keçiriləcək futbol üzrə "Avro-2020”nin Könüllü Kuboku” turnirinin təqvimi müəyyənləşib.​ 
16 komandanın mübarizə aparacağı turnirə aprelin 20-da start veriləcək.
Səkkizdəbir final mərhələsindən start götürəcək yarışa aprelin 29-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Turnirin səkkizdəbir final mərhələsi çərçivəsində aprelin 20-də Turizm Könüllüləri - Avro 2020, Aqrar İnkişaf - Host City, DOST - Böyük Qayıdış, RİİB - AFFA, ertəsi gün isə ASAN - Miqrasiya Könüllüləri, Gənc Könüllülər - Könüllü Gömrükçü, Davam Gənclər Hərəkatı - Nəqliyyat Könüllüləri və Bir Könüllü - Formula 1 matçları keçiriləcək.


16712 oxunub

InvestAZ