XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Millimiz növbəti sınağı
İdman 16:27 / 30.03.2021
Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Millimiz Bakı Olimpiya Stadionunda Serbiya yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roi Reinshreiber olacaq. Ona həmyerliləri David Elias Biton və Sagi Metzamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.
Qeyd edək ki, indiyədək Azərbaycan və Serbiya yığmaları 5 dəfə üz-üzə gəlib. Bunlardan 4-ü rəsmi, 1-i isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan 1-də Azərbaycan, 3-də Serbiya qalib gəlib. 1 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də rəqib komanda öndədir - 14:6.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2.
Hazırda Serbiya millissi 4 xalla turnir cədvəlinə başçılıq edir. Xalı olmayan Azərbaycan yığması isə 4-cü pillədə qərarlaşıb.

17846 oxunub

InvestAZ