XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
İdman 11:00 / 19.01.2021
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, "Təhsil" Respublika İdman Mərkəzinin və Gəncə şəhər 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatşılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib. 33-ü qız olmaqla 169 şahmatçının iştirak etdiyi xatirə turniri İsveçrə sistemi ilə 7 turda hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə olmaqla təşkil olunub. Turnirdə Gəncə ilə yanaşı, Bakı, Sumqayıt, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Zaqatala, Samux, Göygöl, Balakən, Şabran və Neftçala şahmatçıları mükafatalayiq yerlər uğrunda mübarizə aparıb. Dünya və Avropa birinciliklərinin qalibi, mükafatçısı və iştirakçısı olan perspektivli şahmatçıların turnirdə mübarizə aparması gərginliyi bir qədər artırıb. Yekun nəticələrə görə ilk 3 yeri tuta oğlan və qızlar müvafiq olaraq diplom və pul mükafatları ilə təltif olunublar.
17569 oxunub

InvestAZ