XƏBƏR LENTİ
11 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Qrossmeysterlərimiz “Grand Chess Tour”da iştirak edəcəklər
İdman 11:00 / 15.01.2021
Şahmat üzrə "Grand Chess Tour” seriyasının təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib. FİDE-nin açıqladığı siyahıya görə, seriya çərçivəsində 5 turnir keçiriləcək. Belə ki, iyun ayında təşkil ediləcək (iyunun 3-15-də) birinci turnirə Buxarest, ikinci yarışa (iyunun 16-23-də) Paris ev sahibliyi edəcək. Üçüncü turnir iyulun 5-12-də Zaqrebdə keçiriləcək. Sonuncu iki yarış ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində avqustun 9-16-da və 16-28-də təşkil olunacaq. FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb. Yarış iştirakçıları arasında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov (2770) və Teymur Rəcəbov (2765) da var. ABŞ və Rusiya komandaları da yarışda iki idmançı ilə təmsil olunacaq. Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) və Aleksandr Qrişuk (2777) Rusiyanı təmsil edəcək. Yarışda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Qiri (Niderland, 2764) və son turnirlərdə Teymur Rəcəbovun "qapazaltı”sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) da mübarizə aparacaq. Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək. Turnirin mükafat fondu 1 milyon 275 min dollar təşkil edir.

30886 oxunub

InvestAZ