"Tottenhem" bu mövsüm yeni stadionunda oyun keçirə biləcək. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, London klubunun "Tottenhem Stadium"da ilk matçı aprelin 3-də Premyer Liqada "Kristal Pelas"a qarşı olacaq. Bundan başqa, paytaxt təmsilçisi Çempionlar Liqasında "Mançester Siti" və ölkə çempionatında "Brayton"u da yeni arenasında qəbul edəcək.
40706 oxunub