XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



İdman gimnastikası üzrə Dünya kuboku yarışlarının açılış mərasimi keçirilib - FOTO
Foto 13:54 / 14.03.2019

Martın 14-də Milli Gimnastika Arenasında (MGA) idman gimnastikası üzrə Dunya kuboku yarışlarının açılış mərasimi keçirilib.
Meydana əvvəlcə iştirakçı ölkələrin bayraqları gətirilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev iştirakçı ölkələrin idmançılarını və qonaqları salamlayaraq deyib: "İdmançılarının beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən ölkəmiz indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində I Avropa Oyunları, XIV İslam Həmrəyliyi Oyunları, Formula-1 Qran-pri yarışları və digər yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın idman sahəsindəki uğurlarının müəllifi ilk növbədə Prezident İlham Əliyevdir. Məhz ölkə rəhbərinin düzgün fəaliyyəti nəticəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkəmizin gənc vətəndaşlarının idmanla məşğul olması və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda özünün inkişaf dövrünü yaşayır, kişi və qadın idmançılarımız ölkəmizi gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda uğurla təmsil edirlər”.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Azərbaycanın birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmələr və gənclər arasında gimnastikanın populyarlığı getdikcə artır və idmanın bu növü ilə məşğul olanların sayı ildən-ilə çoxalır: "Azərbaycan Gimnastika Federasiyasının 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinq siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində aparılan fəaliyyətin səmərəliliyinin göstəricisidir”.
Yusuf Məmmədəliyev əlavə edib ki, il ərzində təşkil edilən Avropa və dünya miqyaslı yarışların sayına və təşkilinin keyfiyyətinə, yarışların keçirildiyi məkanların texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər: "Yalnız cari il ərzində gimnastikanın müxtəlif növləri üzrə Bakıda 7 beynəlxalq tədbir təşkil ediləcək. Bu bizim üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla, həm də böyük məsuliyyət deməkdir. Əmin etmək istərdim ki, biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik. Fürsətdən istifadə edərək bütün gimnastlara hər bir idmançının ən böyük arzusu olan Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmağı arzulayıram.
İdman yarışları bizim üçün həm də bir-birimizi daha yaxşı tanımağa, təmsil etdiyimiz xalqların və ölkələrin milli-mənəvi dəyərləri, mədəniyyəti barədə məlumat almağa, dünyanın nə qədər gözəl və rəngarəng olduğunu bir daha hiss etməyə fürsət yaradır. Əminəm ki, qədim Azərbaycan torpağında keçirdiyiniz bir neçə gün yaddaşınızda silinməz izlər buraxacaq,
qazandığınız idman nailiyyətləri dünyada sülh və əmin-amanlığın, xalqlar arasında dostluğun qorunub-saxlanılması və inkişaf etdirilməsi işinə əvəzsiz töhfə olacaq.
Birinci vitse-prezidentin köməkçisi idmançılara uğurlar arzulayaraq yarışları açıq elan etdi.
Xatırladaq ki, dörd gün ərzində keçiriləcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Ölkəmizi bu yarışlarda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.


43345 oxunub

InvestAZ