XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa çempionatının arenası COVİD-19 xəstələrini qəbul edəcək
İdman 12:42 / 27.11.2020

2021-ci ilin yanvar ayında fiqurlu konkisürmə üzrə Avropa çempionatının keçiriləcəyi "Zaqreb Arena”sı koronovirus xəstələri üçün hospitala çevriləcək. Bu barədə məlumatı Xorvatiyanın səhiyyə naziri Villi Beroşanın sözlərinə istinad verərək Jutarnji.hr bildirib.
Məlumatda bildirilir ki, artıq cari həftənin sonuna arena ilk xəstələrini qəbul edəcək. Yoxlanış mərhələsində 10 xəstənin qəbulu həyata keçiriləcək. Arenaya tam sağalmış və evə buraxılmalı xəstələr yönləndiriləcək. Bu addımı atmaqda məqsəd isə yerli xəstəxanaları daha ağır xəstələr üçün boşaltmaq hesab olunur. Xorvatiyanın səhiyyə nazirinin sözlərinə görə, xəstələrə bütün lazımi kömək göstəriləcək.
Xatırladaq ki, fiqurlu konkisürmə üzrə Avropa çempionatı yanvarın 25-31-də Xorvatiyanın Zaqreb şəhərinə təşkil olunacaq.

16693 oxunub

InvestAZ