XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan və İtaliya komandaları arasında yoldaşlıq görüşü keçirilib
İdman 11:29 / 13.03.2019

İtaliyanın Desio şəhərində Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. İki ölkə arasında baş tutmuş görüşdə böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, həmçinin gənclər arasında fərdi gimnastlarımız Arzu Cəlilova, Nərminə Səmədova və Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət qrup komandası iştirak ediblər.
Qeyd edək ki, mövsümün əvvəlində ənənəvi olaraq yoldaşllıq görüşləri keçirən İtaliya millisinin, Azərbaycan komandası ilə ilk görüşü uğurlu keçib. Qarşıda ciddi yarışların gözlədiyi millimizin üzvləri üçün Desio səfəri bir növ yoxlama məşqi olub. İki ayrı milli komanda bir yerdə təcrübə mübadiləsi apararaq, öz proqramlarını tam şəkildə icra ediblər. Bununla yanaşı, gimnastlar öz yeni çıxışlarını da təqdim ediblər. 1 gün davam edən görüşdə beynəlxalq yarışlara hazırlıq səviyyəsi də dəyərləndirilib.
Yoldaşlıq görüşündən bir gün sonra isə Azərbaycan millisinin Baş məşqçisi Mariana Vasileva İtaliya məşqçilərinə master klas keçib.


19803 oxunub

InvestAZ