XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



«Doqquz ay enerji yığmışam»
İdman 11:53 / 12.03.2019


"Bu xüsusi gündür. Evə döndüyüm üçün çox xoşbəxtəm”.
Bu sözləri "Marca”ya açıqlamasında Zinəddin Zidan "Real”a baş məşqçisi təyinatı ilə bağlı danışarkən deyib.
Fransalı mütəxəssis Madrid klubuna qayıtdığı üçün sevindiyini bilidirib: "Suallarınızı sonra verərsiniz. İndi heç nə deməyəcəm. Bircə onu deyim ki, qayıtmağıma şadam. Yenidən işləyib, komandanı layiq olduğu yerə qaytarmaq istəyirəm. Tək arzum sabah işə başlamaqdır.
Doqquz ayda heç bir müsahibə verməmişəm, ancaq onu deyim ki, "Real”ın prezidenti Florentino Peres mənə zəng edəndə "yox” deyə bilmədim. Doqquz ay enerji yığmışam, indi işləməyə hazıram”.
Xatırladaq ki, Zidan bundan əvvəl də - 2016-cı ildən 2018-ci ilin iyununa kimi Madrid təmsilçisini çalışdırıb.



22493 oxunub

InvestAZ