XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Qarabağ”-“Vilyarreal” oyunu çexiyalı hakimlər briqadasına həvalə olundu
İdman 16:25 / 27.10.2020
Ağdamın "Qarabağ” klubu İspaniyanın "Vilyarreal” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının I qrupunun ikinci turunun oyunu üçün hakim təyinatlar açıqlanıb.
Qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Pavel Orel olacaq. Ona Petr Blajey və İrji Krjij kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.
Matçın hakim-inspektoru gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə ukraynalı Anna Bordiuqova olacaq.
Qeyd edək ki, "Qarabağ”-"Vilyarreal” matçı oktyabrın 29-da İstanbuldakı "Başakşehir Fatih Terim” stadionunda keçiriləcək.

17195 oxunub

InvestAZ