Azərbaycanın aparıcı idmançıları ordu sıralarına qoşuldular
İdman 11:31 / 30.09.2020
Taekvondo millimizin aparıcı üzvlərindən olan Ayxan Tağızadə ölkədə elan edilən qismən səfərbərliyə əsasən hərbi xidmətə çağırılıb. Bakıda keçirilmiş I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Yasamal Rayonu Hərbi Komissarlığına olub.
MMA üzrə "Rizin” Qran Pri turnirinin qalibi Tofiq Musayev də hərbi xidmətə çağırılıb.
Həmçinin güləş üzrə gənclər arasında dünya və Avropa çempionu Əfqan Xaşalov da qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılan idmançılarımızdandır.
26422 oxunub