XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dünya cüdo turunun Tokioda keçiriləcək mərhələsi ləğv edildi
İdman 16:00 / 23.09.2020
Bu ilin dekabrında dünya cüdo turunun Tokio mərhələsi koronavirus pandemiyası səbəbindən ləğv edilib. Bu barədə Beynəlxalq Cüdo Federasiyasından (IJF) məlumat verilib. Məlumatda bildirilib ki, koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyənlik, eləcə də Yaponiyada Olimpiya Oyunlarının keçirilməsi IJF-nin bu ölkədə idman tədbirlərini planlaşdırarkən xüsusən diqqətli olmasını tələb edir. Ona görə də dekabrda Yaponiyada keçirilməsi planlaşdırılan "Böyük dəbilqə” yarışının ləğv edilməsi qərara alınıb.
Qeyd edilib ki, qurumun rəhbəri Marius Vizer pandemiya dövründə IJF-in ən vacib rolunun idmanı və idmançıları qorumaq olduğunu bildirib.
Dünya cüdo turunun mərhələləri Budapeşt, Tokio və Dohada baş tutmalı idi. Macarıstanın paytaxtı turnirə oktyabrın ikinci yarısında ev sahibliyi edəcək və Qətərdə yarış gələn ilin əvvəlində keçiriləcək.
Bütün turnirlər Tokio Olimpiya Oyunlarına vəsiqə xarakteri daşıyır.

17094 oxunub

InvestAZ