XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Frank de Bur Niderland millisinin yeni baş məşqçisi təyin olundu
İdman 13:49 / 23.09.2020
Niderland millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Komandanı bundan sonra Frank de Bur çalışdıracaq. 50 yaşlı mütəxəssislə aparılan danışıqlar müsbət nəticələnib. De Bur Niderland Kral Futbol Assosiasiyası ilə 2 illik müqavilə bağlamağa razılıq verib. O, bu postda "Barselona”nın baş məşqçisi təyin olunan Ronald Kumanı əvəzləyəcək.
Qeyd edək ki, Frank de Burun son iş yeri ABŞ klubu "Atlanta Yunayted” olub. Çalışdırıcı həmçinin "Ayaks” (Niderland), "İnter” (İtaliya) və "Kristal Pelas”a (İngiltərə) da rəhbərlik edib.

18668 oxunub

InvestAZ