XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Milli Futbol Liqası üç klubu cərimələyib
İdman 17:44 / 22.09.2020
Milli Futbol Liqası bazar günləri keçirilən oyunlarda maskadan istifadə etməməsi səbəbi ilə üç klub və onların məşqçilərini cərimə edib.
Belə ki, "Sietl Sixoks”un məşqçisi Pit Kerroll "Nyu-İnqlend Petriots”la oyunda maskasının olmamasına görə 100 min dollar cərimə olunub, klub isə 250 min dollar məbləğində cərimə ödəyəcək. Eyni məbləğdə cəriməni "San Fransisko Forti Nayners” klubu və baş məşqçisi Kayl Şenahen, "Denver Bronkos” klubu və onun baş məşqçisi Vik Fanxio da ödəməlidir.
Xatırladaq ki, bir həftə əvvəl NFL-nin vitse-prezidenti Troy Vinsent klublara bildirmişdi ki, oyunlarda məşqçi qərargahının maskalardan istifadə etməsi məcburdur və mövcud təhlükəsizlik protokollarına əməl edilməməsi müvafiq sanksiyalara səbəb olacaq.
Qeyd edək ki, NFL-nin 101-ci mövsümü sentyabrın 10-da başlayıb və 2021-ci ilin yanvarın 3-də başa çatacaq.

17244 oxunub

InvestAZ