XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı
İdman 16:50 / 17.09.2020
Bu günlərdə Qəbələdə yeni futbol klubu yaradılıb. Klub iyulun ortalarında Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan general-mayor Polad Həşimovun adını daşıyır. "Həşimov” adlandırılan komanda Qəbələdə məşqlərini davam etdirir. "Həşimov” klubunun rəhbəri Cavad Şərifli klubun yaradılması haqda bunları deyib: "Hər il Qəbələdə keçirilən ənənəvi futzal turnirində biz də öz komandamızla iştirak etmək istədik. Vəndam qəsəbəsində bir qrup futbolsevərlə birlikdə şəhid Polad Həşimovun adını daşıyan klub yaratdıq. Hərbdə hərbçilər soyadla çağrılır, ona görə biz də klubun adını "Həşimov” qoymaq qərarına gəldik. Bəzi futbolsevərlər maddi kömək etdilər, çünki komandamızın oyun geyimləri, qəsəbədən stadiona getmək üçün minik vasitələri, liqada iştirak etmək üçün vəsait və digər məsələlər üçün xərclər lazım olur. Gələcəkdə sponsor tapılsa, komandamızı böyütməyi planlaşdırırıq. Vəndam qəsəbəsinin bələdiyyə sədri, qəsəbədən olan iş adamı və həkim bizə dəstək olub. Onlara minnətdarlığımızı bildiririk. Komandanın baş məşqçisi Rəvan Rəcəbovdu, kapitan isə Rasim Firidunludu. Hələ ki "Qəbələ”nin stadionlarında məşq edirik. Mən də klub rəhbəri kimi bu adın məsuliyyətini dərk edib, oyunlarda nümunəvi çıxış edərək, uğurlu nəticələr qazanacağımıza inanıram”.


19557 oxunub

InvestAZ