XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tarixi həqiqətlər: bir-birindən uzaq amma oxşar cəhətləri olan iki ölkə
İdman 23:03 / 16.09.2020

Koreya hökuməti tarix və mədəniyyətini xarici tələbələrə, ölkəyə gələn turistlərə tanıtmaq baxımından çox uğurlu addımlar atır. Bunlardan biri də müxtəlif ölkələrdən qatılan 30-a yaxın xarici tələbələrin iştirak etdiyi "2020 GLOBAL Dokdo Reporter” adlı program idi. Üzvü olduğum qrupumuz "Qlobal nəzəri baxımından Koreya yarımadasının birləşməsi” adlı kiçik məqalə hazırlayaraq, birinci yerə çıxdı. C. Koreya və Azərbaycan bir-birindən çox uzaqda yerləşsə də, oxşar cəhətləri çoxdur. Buna misal olaraq Cənubi və Şimali Koreyanın bir zamanlar eyni ölkə olub, sonradan bölünməsi ilə iki əsr bundan öncə Azərbaycanın tarixi torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsini misal gətirmək olar. Azərbaycan tarixində, ədəbiyyatında və ictimai şüurunda Gülüstan və Türkmənçay müqaviləsi ilə bağlı yaranmış - "ikiyə bölünmüş xalq” məfhumu var. Məhz bu oxşarlığı misal gətirərək, məqaləmizdə qeyd etmək istədim. Həmin məqaləni təqdim edirəm: "Cənubi və Şimali Koreya illər öncə vahid ölkə idi. Bəs bu vahid ölkənin adı nə idi? Niyə, necə və nə vaxt parçalandı? Bu iki ölkə eyni dildə danışır? Niyə birləşmək istəyir? ”. Bütün bunlar C.Koreyada yaşayan əcnəbilərin hər zaman düşündüyü suallardır. Tətil vaxtı vətəninə qayıdan bir çox əcnəbinin tez-tez eşitdiyi sual olur. Bu da "Cənubi Koreyada yoxsa Şimali Koreyada oxuyursan?" dır. Bu sualı eşidərkən bəziləri iki ölkənin hazırki durumunu izah etmək istəsə də, Cənubi və Şimali Koreya arasındakı tarixi hadisələr barəsində yetərli məlumata sahib olmadıqları üçün sual verən şəxsin sualına gülürlər. Ona görə ki, C.Koreyada oxuyan tələləbələr bu iki ölkə arasındakı əlaqəni yaxşı bilmirlər. Belə ki, bu iki kiçik ölkə 10 il əvvələ qədər dünyaya yaxşı tanış deyildilər. Cənubi və Şimali Koreyanın yaranmasından əvvəl, Yaponiya tərəfindən idarə olunan Coseon adlı bir imperiya var idi. Bu imperiya Yaponiya tərəfindən idarə olunduğu üçün Yaponiyaya qarşı çıxan Coseon, Qərb dəyərlərini mənimsəyən partiya ilə Çin və Sovetlər birliyinin dəyərlərini izləyən bir siyasi partiyaya bölündü. Eyni dövrdə Hindistan da İngilis hökmranlığına qarşı çıxdı və Hindu-İslam dininin standartına görə bölündü. XIX əsrdə birinci Rusiya- İran müharibəsinin başa çatmasını bildirən müqavilə imzalandı. Bir də XX əsrin ikinci yarısında İraq tərəfindən təhdid edilən İran var idi. Milli-mənəvi dəyərləri, dini, torpaqları parçalanan eyni xalqın insanları bir-birindən uzaq düşdülər. Ailələr parçalandı, doğma yurdlarından didərgin düşmək məcburiyyətində qaldılar. Müharibə sonunda isə Cənubi və Şimali Koreya, Hindistan və Pakistan, Qacar İranının torpaqları bölündü. Müharibə nəticəsində torpaqları iki yerə bölünsə də, C.Koreyada sülh naminə demokratik düşüncələr yayılmağa başlamışdı. İki fərqli ölkə olsalar da C.Koreyada demokratik fikirlər sayəsində Ş. Koreya ilə qovuşmağı ümid edirdi. Ancaq Hindistanda demokratik hökumət yarandıqdan sonra da Pakistanla birləşmək istəmədi. Rus-İran müharibəsində həlledici sonluq olan müqavilə Azərbaycanı parçaladı. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycan ərazisi şimal və cənub hissələrə bölündü. Coseon imperiyası iki ölkəyə bölündüyü üçün insanlar bir-birlərinin ailələrini və doğma şəhərlərini görə bilmədilər. Öz doğma elini və ailəsini itirən koreyalılar üçün Koreya hökuməti Şimali Koreya ilə bir çox barışıq səyləri etdi. Bu səylərdən sonra Şimali Koreya tədricən Cənubi Koreyaya açıq münasibət göstərdi və XXI əsrin əvvəllərində koreyalılar Qımqanq dağını gəzə bildilər. Ayrıca C. Koreyada Ş.Koreyada istehsal olunan mallar satdılar. Lakin, bir neçə il sonra, Şimali Koreya əsgəri Qımqanq dağında bir turisti vurdu və bu da C.Koreya ilə Ş. Koreya arasındakı bütün mübadiləni dayandırdı. C.Koreyanın Ş.Koreya ilə münasibətləri davam etdirmək səyləri boşa çıxdı. Lakin onları canlandırmaq səyləri davam edir. Bu kimi səylərdə C.Koreyadakı xarici tələbələrin də böyük rolu var. Çünki onlar bir sülh elçisidir və müxtəlif ölkələrdə C.Koreya həqiqətləri haqqında məlumat yaya biləcək, gələcək bir liderlərdir. Ölkələrini C. Koreyada təmsil edən bu tələbələr, vətənlərinin tarix və mədəniyyətini C.Koreyada aktiv şəkildə tanıtmaqla bərabər C. Koreyanı da öz ölkələrində tanıdırlar. Bu yalnız Cənubi və Şimali Koreyanın Sülh elçiləri vasitəsilə mübadilə olunan tarixini anlatmayacaq, həm də Koreya yarımadasının tarixini öz ölkə tarixləri ilə müqayisə edərək, Koreyaya daha yaxın hiss etməsində rol oynayacaq. Bu səylərlə Şimali Koreya Cənubi Koreyaya açıq bir mövqe nümayiş etdirəcək, tək koreyalılar deyil, xaricilərin də Qımqanq dağına səyahət edə biləcəyi gün gələcək. Koreya dalğası (Hallu) dünyada populyar olduğu kimi, Cənubi və Şimali Koreyanın qardaş olduqları haqqında geniş məlumata sahib olan ölkələr
Koreya yarımadasında sülhə və birləşməyə ümid edəcəklər. Gün gələcək, Koreyada təhsil alan xarici tələbələrdən "Cənubi yoxsa Şimali Koreyada oxuyursunuz?" - sualı soruşulmayacaq.

Əzizə Hüseynzadə,
C.Koreya, Yonsei universiteti, magistr pilləsi tələbəsi

19717 oxunub

InvestAZ