XƏBƏR LENTİ
21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020



“Təhsil Liqası” başa çatdı
İdman 11:20 / 12.09.2020
"Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci illər mövsümü üzrə 8 və 9 yaşınadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan "Təhsil Liqası”na yekun vurulub. Bakı şəhəri 248 və 267 saylı tam orta məktəblərinin ərazisində yerləşən mini-futbol meydançalarında keçirilən yarışlarda U-8 liqasında "Keşlə” birinci olub. "Sabah” yarışı ikinci, "Təhsil” RİM-in 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası isə üçüncü pillədə başa vurublar.
U-9 liqasında isə "Təhsil” RİM-in 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Sabah” və "Keşlə” komandaları ilk üçlükdə qərarlaşıblar.
Liqa yarışları 2019-cu il sentyabrın 27-də start götürüb, hər yaş qrupu üzrə 2 dövrə olmaqla dairəvi sistem formatında keçirilib.
Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması və onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

441 oxunub

InvestAZ